• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT

Bakıda  oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI -  TƏFƏRRÜAT
20.05.2019 10:28
Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Anews.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Nardaran qəsəbəsində yanğınla bağlı müraciət daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildəki yanğını söndürüb. Bu zaman ev sahibəsi, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları nümayəndələri qadının boğularaq öldürüldüyünü və daha sonra meyitinin yandırıldığını, evə alovun da qadının yandırılması zamanı keçdiyini müəyyənləşdirilib.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisənin qadının oğlu Bağırov Tahir Cəfər oğlu tərəfindən törədildiyi aşkarlanıb və o tutulub.
Araşdırmalar zamanı məlum olub ki, Tahir Bağırov Nardaranda anasına məxsus olan evin həyətini satmaq istəyib. O, 4-5 sotluq ərazini satmaq üçün anasını dilə tutub. Lakin qadın torpağı satmaq istəmədiyini və alqı-satqı müqaviləsinə qol çəkməyəcəyini deyib. Anasını inadından döndərə bilməyən oğul onu boğaraq öldürüb və daha sonra meyitini yandırmaq qərarına gəlib.

Bildirilir ki, hadisəni törədən Tahir Bağırov işsiz olub. Hadisə zamanı onun həyat yoldaşı işdə olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmlar davam etdirilir.(publika)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol