• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın əməkdaşları mühüm saziş imzalayıb

Kapital Bank-ın əməkdaşları mühüm saziş imzalayıb
29.05.2020 06:06
Kapital Bank-ın 2 əməkdaşı Azərbaycanda ilk dəfə nüfuzlu təşkilatla olaraq komplayens sahəsində əməkdaşlıq sazişi
imzalayıb.


Bu, həm də MDB ölkələri və Qafqaz regionunda komplayens sahəsində keçirilən təlimləri əks etdirən ilk
sazişdir.

Kapital Bank-ın Hüquq və Komplayens departamentinin əməkdaşları Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən
təsis edilən "Vendra” şirkəti ilə nüfuzlu ACAMS (Association of Certified Anti-Money Laundering Specialists)
təşkilatı artıq regionda tərəfdaş olaraq fəaliyyət göstərəcəklər.

Məlumat üçün bildirək ki, ACAMS cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində mütəxəssislərin bilik,
bacarıq və təcrübələrini artırmağa həsr olunan beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri arasında dünyanın qabaqcıl
maliyyə qurumları, nəzarət orqanları, hüquq-mühafizə orqanları və sənaye sektorunun nümayəndələri var.

ACAMS əsasən bir neçə istiqamət üzrə fəaliyyət göstərir: pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi
sahəsində beynəlxalq standartların təkmilləşdirilməsi, özəl və dövlət qurumlarının müvafiq sahələrində çalışan
əməkdaşların müvafiq sahədə təcrübələrinin artırılması və beynəlxalq səviyyəli mütəxəssis kimi biliklərə sahib olması,
ÇPY/TMM sahəsində dünyada yaxşı təcrübələr üzrə məlumat mübadiləsinin aparılması və şəbəkə yaradılması və s.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol