• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır”

“Azercell şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır”
29.05.2020 04:21
Azercell şirkəti 71-dən çox pərakəndə satış nöqtəsinə sahib olan və Azərbaycanın elektronika sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biri olan "Optimal Elektronika” MMC ilə yeni müqavilə imzalayaraq, şirkətin rabitə tərəfdaşı olduğu haqqında məlumatı yayımlayır.

Sövdələşməyə əsasən  Azercell-in müasir mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, həmçinin "Optimal Elektronika” MMC-yə şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir.

"Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyinin artırılması  və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi görürəm. Mürəkkəbliyin azaldılması bizim inkişaf strategiyamızın əsas hissəsidir. Məhsuldarlığı və effektivliyi davamlı olaraq təkmilləşdirməklə, biz müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaya bilərik. Bizim şirkətimizin gələcək inkişafını dəstəkləmək üçün  düzgün  rabitə platforması təqdim edən Azercell-lə iş birliyindən məmnunam”, -  deyə "Optimal Elektronika" şirkətinin direktoru, cənab Əhəd Əsgərov bildirib.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz         
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi(*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol