• $
  • €
  • ₽
  • ₺
  • £

"İslahatın məgər buynuzu olur?” — Vahid Əhmədov

"İslahatın məgər buynuzu olur?” — Vahid Əhmədov
21.05.2019 12:29
"Dövlət başçısının apardığı siysətə bəzi qüvvələrə kölgə salmağa çalışır. Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Mənim fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur”.

"Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 Onun sözlərinə görə, ölkə başçısı tərəfindən 2016-2020-ci il Strateji yol xəritəsi qəbul edilib.
"Bu Yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir.  Mənim təklifim odur ki, belə büdcə məsələləri müzakirəsi daha geniş spektrdə təşkil olunsun. Müzakirəyə çıxarılan büdcənın icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq. Qoy onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”, - deyə V.Əhmədov qeyd edib.

 Deputat əlavə edib ki, Maliyyə Nazirliyi burada məlumat verir:
"Ancaq nazirlik il boyu bir dənə də olsun tədbir keçirib, vacib məsələləri müzakirə etmir. Təklif edərdim  ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə heç olmasa investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizlərə ciddi iradlar var. Bu iradların aradan qaldırılamsı üçün ictimai müzakirələr keçirilməlidir”.

 Deputat onu da əlavə edib ki, Qubanın Qonaqkənd kəndində anadan olmuşam:
"Bu kəndə sovet dövründə 70 il ərzində yol çəkilməyib. Rayon mərkəzi ilə kənd arasında 5 çay olub və bu çaylar üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyəti nəticəsində son iki ildə bu kəndə yol çəkilir. Çaylar üzərində körpü salınır. Asfalt yol çəkilir”.

 Deputat eyni zamanda qiymətlərin bahalaşmasından da şikayətlənib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol