• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə ediblər

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə ediblər
21.05.2019 13:15
"Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşmüşdür.
 
Görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
 
Cahangir Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd etmişdir. 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları təxminən 1,5 milyon sərnişinə xidmət göstərmişdir.
 
Onun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə "Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.
 
Həmçinin, Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı” hüququnu qazanan "SCAT Airlines” aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan– Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri "Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.
 
Adel İbrahim Ahmed İbrahim bildirmişdir ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.
 
"Azərbaycan Hava Yolları”QSC-nin mətbuat xidməti

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol