• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Milli Məclisdə maaşların artırılmasını təklif etdi

Deputat Milli Məclisdə maaşların artırılmasını təklif etdi
21.05.2019 13:57
Azərbaycanda islahatlar getdiyindən, bu islahatlar yeni çağırışlara səbəb olur və buna cavab vermək lazımdır.

"Ölkə.Az” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.

 Onun sözlərinə görə,  ancaq Vergi və Gömrük Komitəsi həyata keçirilən islahatlardan irəli gələn çağırışlara cavab verməyə çalışır. 
"İslahatların effektivliyini təmin etmək üçün islahatlar tələbindən irəli gələn çağırışlara uyğun həyata keçirilməlidir. Bu qurumlar ölkədə kölgə iqtisadiyyatının daraldılması, şəffaflığın təmin edilməsi istiqamətində ciddi işlər görməlidir”- deputat bildirib.

O, eyni zamanda əlavə edib ki, büdcənin formalaşdırılmasında  və büdcə vəsaitlərinin xərclənməsi məsələsinə yeni fəlsəfə ilə yanaşmalıdır: 
"İslahatlar o zaman xalq tərəfindən dəstəklənəcək ki, bu islahatlar sosial sahədə həyata keçirilsin. Sosial sahədəki islahatlar xalq tərəfindən o zaman dəstəklənəcək ki, bu islahatlar xalqın güzəranına təsir etsin”.

 Deputat Maliyyə Nazirliyinə sosial təşəbbüslərlə çıxış etməsini təklif edib: "Maliyyə Nazirliyi sosial problemlərin həlli ilə bağlı  təşəbbüslə çıxış etməlidir. Nazirliyin buna imkanları var”.

Ə.Məsimli onu da  bildirib ki, azad bazar iqtisadiyyatına, xüsusən də kiçik biznesə dəstək verməlidir: "Əgər  kiçik biznesə dəstək verilsə, büdcənin xərclərinin kəskin azalmasına gətirib çıxara bilər. Ona görə də istər büdcənin formalaşdırılmasına, istərsə də  islahatlara yeni baxış olmalıdır”.
 Ə. Məsimli həmçinin maaşların artırılması təklifi ilə çıxış edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol