Bakıda 33 yaşlı şəxsə iki dəfə böyrək köçürüldü

Bakıda təkrar böyrək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.
Cərrahın bildirdiyinə görə, əməliyyat texniki cəhətdən kifayət qədər mürəkkəb olub: "Mürəkkəblik anatomik problemlərlə əlaqədar idi, belə ki, böyrəyi sol qalça çuxuruna köçürtdük. Bədənin böyrək damarlarını birləşdirdiyimiz (anastomoz qoyulması) hissəsində qalça damarlar dərində yerləşdiyi üçün bu, əməliyyat zamanı böyük çətinliklər yaradırdı. Bütün anatomik çətinliklərə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir, resipiyent və donorun vəziyyəti yaxşıdır”.(publika)
www.anews.az
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, təkrar böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş tutub.
Əməliyyatı "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə 33 yaşlı kişi üzərində aparılıb. Donor xəstənin həyat yoldaşı olub.
Pasiyent Anar Qarayevin sözlərinə görə, ona 2 il bundan əvvəl digər tibb mərkəzində böyrək koçürülsə də, təəssüf ki, ilk gündən böyrək kifayət qədər fəaliyyət göstərməyib. Bir il sonra həmin böyrəyin xaric edilməsi zərurəti yaranıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























