• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərə ŞAD XƏBƏR: Ağır çanta problemi HƏLL OLUNUR

Valideynlərə ŞAD XƏBƏR: Ağır çanta problemi HƏLL OLUNUR
21.05.2019 16:56
Cəmiyyəti narahat edən dərsliklərin çəkisinin çox olması, şagirdlərin çanta yükünün ağırlığı ilə bağlı məsələ, deyəsən, həllini tapacaq.  Belə ki, Milli Məclisin Elm və təhsil komitəsi Təhsil Nazirliyi ilə birlikdə dərsliklərin yüngülləşdirilməsi ilə bağlı iş aparır.
 
Bu barədə mətbuata -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, gələn ildən etibarən problem həllini tapacaq: "Əldə olunmuş razılığa görə, gələn ildən ibtidai siniflərin hər sinfə aid olan dərslikləri mərhələli şəkildə iki ayrı-ayrı dərslik kimi çap olunacaq. Şagird dərs ilinin birinci yarısında dərsliyin bir hissəsini öz çantasında məktəbə aparacaq. İkinci yarısında isə dərsliyin ikinci hissəsi məktəbdə istifadə olunacaq. Beləkilə, aşağı sinif şagirdlərinin dərsliklərinin ağır olması ilə bağlı problem aradan qalxacaq”.

 
İ.Həbibbəyli dərsliklərin keyfiyyət probleminə də toxunub: "Təhsil Nazirliyi ilə birlikdə imkan daxilində dərsliklərin cildinin yumşaq olması, kağızının keyfiyyət məsələsinə də diqqət yetiriləməsi barədə razılığa gəlinib. Cəmiyyət nəzərə almalıdır ki, bədii əsərlərin çap olunduğu bəzi yüngül çəkiyə malik kağızlar dərslik üçün yaramır. Çünki dərslik bir neçə illiyə çap olunur. Buna görə dərslik üçün daha davamlı kağız lazımdır. Buna baxmayaraq, imkan daxilndə yenə də dərsliklərdə davamlı kağızların daha yüngül növündən istifadə olunacaq”.(lent.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol