• $
  • €
  • ₽
  • ₺
  • £

Satıcı: “Qəfildən gördük ki, Prezident içəri daxil oldu”

Satıcı: “Qəfildən gördük ki, Prezident içəri daxil oldu”
21.05.2019 20:20
"İçəridə müştəriyə məhsul satırdıq. Qəfildən bir də gördük ki, cənab Prezident içəri daxil oldu. Həyəcan bizi bürüdü. İnana bilmirdim ki, bizimlə üzbəüz dayanan Prezidentimizdir”.
Bunu, bu gün Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində həmsöhbət olduğu marketin satıcısı Hörüza İbrahimova deyib.
O bildirib ki, dövlət başçısının onunla səmimi söhbətində marketdə satılan məhsulların keyfiyyətindən danışıb: "Cənab Prezident içəri daxil olan kimi bizimlə salamlaşıb hal-əhvalımızı, işlərimizin necə getdiyini soruşdu. Biz də hər şeyin qaydasında olduğunu dedik. Bizimlə çox səmimi söhbət etdi. Bizdən məhsulların keyfiyyətini və satışda nə qədər yerli məhsulların olduğunu soruşdu. Biz də burada satılan məhsulların 90 faizinin yerli olduğunu dedik. Həyatda ən böyük arzum Prezidentimizlə söhbət etməyim idi, bu arzuma da çatdım. Təsəvvür edin ki, Prezident içəri daxil olanda mən müştərini yola salırdım. Həmin vaxt içəridə bir neçə müştəri var idi”.

Digər satıcı Yuliya Quliyeva Prezidentlə söhbəti zamanı əldə etdiyi təəssüratları bölüşüb. Satıcının sözlərinə görə, ölkə başçısının qəfildən marketə daxil olması onun üçün gözlənilməz olub: "Biz hər zaman Prezident İlham Əliyevi televiziya vasitəsilə görürdük. Bu gün isə onunla canlı şəkildə həmsöhbət olduq. Bizdən satılan məhsullar haqqında bəzi məlumatları soruşdu. Biz də dedik. İnanın ki, cənab Prezidentin bizim mağazaya gələcəyini əvvəlcədən bilsəydik, hazırlıq görərdik. Hər şey yuxu kimi gəlir mənə”.
Daha sonra qəsəbə sakinləri Prezidentlə görüşünün təəssüratlarını bölüşüblər. Onlar dövlət başçısına cansağlığı arzu ediblər. (Report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol