Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub

Kibertəhlükəsizlik
və internetdən təhlükəsiz istifadə mövzusunun mühüm əhəmiyyət kəsb etdiyini nəzərə
alan "Azercell Telekom” MMC bu istiqamətdə təlimlərin keçirilməsini davam etdirir.
Anews.az xəbər verir ki, ölkəmizin
müxtəlif bölgələrində "İnternet təhlükəsizliyi
və rəqəmsal vətəndaşlıq" təlimlərini təşkil
edən şirkət bu dəfə Quba şəhəri, H.Əliyev adına 1 N-li tam orta təshil məktəbində
6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini bir araya
gətirib. 13-17 may tarixlərini əhatə edən təlimlərdə iştirakçılara
internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar
təhdidlərin tanınması, onlarla mübarizə yolları haqqında məsləhətlər verilib.
"Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 137 nəfərin
iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə
bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara,
eləcə də böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən
materiallar təqdim olunub. Bundan əlavə, təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, insanların
şəxsi və maliyyə məlumatlarının oğurlanması kimi hallarla mübarizə yollarından
bəhs edilib, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə
biləcəyi çətinliklər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsi
mövzusuna həssaslıqla yanaşan Azercell "Universal
Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin də yer
aldığı "Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram
uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri
izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə
və onun üçün təhlükəsiz ərazi yaratmağa imkan verir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























