Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

Azərbaycanın İlk Mobil Operatoru və Ən
Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti informasiya texnologiyaları vasitəsilə
qadınların liderlik bacarığının artırılması istiqamətində layihəyə dəstək göstərir.
Anews.az xəbər verir ki, "Sabirabadda Qadınların Sosial
İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə BMT-nin İnkişaf Proqramı çərçivəsində
yaradılmış Salyan və Sabirabad Qadın Resurs Mərkəzlərində (QRM) həyata keçirilən
layihənin məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək,
bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə
qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Layihə çərçivəsinə
hər iki QRM-nin fəaliyyəti, qadınların uğur hekayələri və fərdi inkişafla bağlı
məlumatları əks etdirən xüsusi İnternet portalı (www.azqrm.net)
yaradılıb. Həmin portalda bacarıqların artırılması ilə bağlı vebinarlar yerləşdirilib.
Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və
bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























