Bakı kəndlərindən qatar keçəcək

"Bakı sərnişin-Sabunçu dəmir yolu xəttinin sərnişinlərin istifadəsinə veriləcəyi tarix hələ müəyyənləşməyib. Hazırda qatarların hərəkət cədvəlinin tərtibi istiqamətində işlər gedir”.
"Ümumiyyətlə, gələcəkdə birbaşa Sabunçu stansiyasına qatarlarımız da işləyəcək. Yaxın günlərdə qatarlarımız Sabunçu-Zabrat-Pirşağı dairəvi yolla hərəkət edib Sumqayıt sərnişin stansiyasına da dairəvi işləyəcəklər. Bu xətlərdə də ikimərtəbəli sürətli "Stadler” qatarları istismar olunacaq.”
"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova da Sputnik.az-a bildirib ki, Bakı şəhərətrafı dəmiryol xəttinin ümumi uzunluğu 107 kilometrdir.
Onun sözlərinə görə, dəmiryol xəttində 14 stansiya və dayanacaq olacaq:
"Genişləndirmə işləri Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























