• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" ASC minlərlə vətəndaşın kompensasiyasın ödəməkdən boyun qaçırır - hüquq müdafiəçisi

"Azərsu" ASC minlərlə vətəndaşın kompensasiyasın ödəməkdən boyun qaçırır - hüquq müdafiəçisi
22.05.2019 21:20
"Oğuz – Qəbələ - Bakı su kəmərinin keçdiyi ərazidə əkin sahələri  dövlət əhəmiyyətli obyekt altına alınmış mülkiyyətçilərin kompensasiyaları hələ də ödənilmir. Şikayətçilərin bir hissəsinin kompensasiyasının ödənilməsi ilə bağlı məhkəmə qərarı olsa da, "Azərsu" ASC qərarı icra etməkdən boyun qaçırır” , bunu Anews.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

Qəhrəmanlının sözlərinə görə,  söhbət minlərlə mülkiyyətçinin kompensasiyasından gedir.

"Tikinti 2007-ci ildə başlayıb, 2010-cu ildə yekunlaşıb. Əvvəlcə öhdəlik ondan ibarət idi ki, su kəməri  Bakı və Bakı ətrafı əraziləri 24 saat içməli su ilə təmin edəcək. Ancaq sonradan bu öhdəlik dəyişdi. Artıq dedilər ki, Bakı və Bakı ətrafı ərzilər standartlara uyğun içməli su ilə təmin olunacaq. Ancaq biz görürük ki, hələlik belə bir təminat yoxdur. Bu tələsik layihə çox uğursuz başa çatıb və minlərlə mülkiyyətçi hələ də bunun əziyyətini çəkir. Məhkəmə qərarının üstündən 2 il keçməsinə baxmayaraq,  "Azərsu" ASC qərarı icra etməkdən boyun qaçırır,” – deyə Mirvari Qəhrəmanlı bildirib.

Zərərçəkənlərin vəkili olan, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev isə deyir ki, 10 il müddətində çox uzun yol keçilib.

"Pozulmuş hüquqlarının bərpası ilə əlaqədar,15-20 vətəndaş məhkəməyə müraciət etdi. Məhkəmə onlarla bağlı müsbət qərar çıxardı, ancaq söhbət minlərlə insanın mülkiyyət hüququndan gedir və onların əsas hissəsi məhkəməyə müraciət etməyib”, – deyə Azər Quliyev bildirib.

Azər Quliyev deyir ki, hətta məhkəmə qərarı olan vətəndaşların da kompensasiyaları ödənilməyib.

"Qarşı tərəf kompensasiyaların ödənilməsi üçün lazımı məbləğin olmadığını əsas göstərərək, məhkəmədən 1 il müddətində möhlət istədi. Digər məhkəmə inistansiyaları ilə birlikdə, artıq bu möhlətin üstündən 2 il keçib və hələ də mülkiyyətçilərin kompensasiyaları ödənilmir. Qarşı tərəf məhkəmə icraçılarına bu məsələnin yaxın günlərdə həllini tapacağını desə də, hər dəfə müxtəlif bəhanələrlə qərarı icra etməkdən boyun qaçırırlar”, – deyə  vəkil əlavə etdi.

Məsələ ilə bağlı "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, biz təkcə fərdi qaydada məhkəməyə müraciət edən mülkiyyətçilərin yox, eyni zamanda, kompensasiyası ödənilməyən bütün mülkiyyətçilərin kompensasiyasının ödənilməsi üçün Nazirlər Kabinetinə müraciət etmişik. 

Anar Cəbrayıllı əlavə edib ki, su kəməri artıq təkcə Bakını yox, eyni zamanda regionları da içməli su ilə təmin edir.

"Əgər kəmər tələsik və uğursuz olsaydı, bu gün Bakının 80%-dən çox hissəsi fasiləsiz, 24 saat içməli su ilə təmin olunmazdı. Kəmər nəyinki Bakını, hətta Şamaxı və Ağsunun da 6 kəndini fasiləsiz, 24 saat içməli su ilə təmin edir”, – deyə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı əlavə etdi.

Həzi




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol