Azərbaycanda 4 nəfərin öldüyü qəzadan qorxunc görüntülər - VİDEO

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəzanın görüntüləri yayılıb.
Anews.az xəbər verir ki, "Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























