• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə xəbərdarlıq edir

DYP sürücülərə xəbərdarlıq edir
14.09.2014 16:29

Azərbaycan yol polisi yeni tədris ilinin başlanması ilə bağlı sürücülərə müraciət edib. 

Oxu.Az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sentyabrın 15-də ali və orta məktəblərdə 2014-2015-cü tədris ilinin başlanması ilə əlaqədar həm yollarda, xüsusilə də paytaxt Bakının küçələrində nəqliyyatın hərəkət intensivliyinin daha da artacağı gözlənilir.

Azərbaycan yol polisi tövsiyə edir ki, valideynlər avtomobillərini məktəbyanı ərazilərdə, yolun hərəkət hissəsində, qadağan olunmuş yerlərdə saxlamasınlar. Onların bu əməli nəqliyyatın hərəkətinə maneələrin və son nəticədə isə yersiz tıxacların yaranmasına səbəb olur.

Məlumata görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək.

Məlumatda qeyd edilib ki, ali və orta təshil müəssilərinin ətrafında hərəkət intensivliyi olan ərazilərdə müayinə aparılıb və aşkar edilən çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayacaq. (Trend)

Oxu.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol