• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid oğlu Vergilər Nazirliyindən narazıdır: "Dedilər kimə istəyirsən şikayət et"

Şəhid oğlu Vergilər Nazirliyindən narazıdır: "Dedilər kimə istəyirsən şikayət et"
23.05.2019 14:32
"Blue Fire İnternational"nin MMC-nin direktoru İsmayılov Rauf Rafiq oğlu Vergilər Nazirliyindən şikayətçidir.

Bu barədə Qaynarinfo-ya şirkət rəhbəri özü məlumat verib.

Şəhid oğlu olduğunu deyən Rauf İsmayılov bildirib ki, satı üçün gətirdikləri məhsullar Vergilər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb: "Artıq 10 ildən çoxdur ki, fəaliyyət topdansatış ticarət fəaliyyəti ilə məşğul oluram. 2018-ci ilin iyul ayınadək məlum səbəblərdən ticarət mallarının hamısı kənar şəxslərin (fiziki və ya hüquqi şəxsin) adına gətirilirdi. Həmin şəxslərin etibarnaməsi ilə də malları gömrük qeydiyyatından keçirirdim. 2018-ci ilin iyulunda artıq gömrük prosedurları qanuniləşdikdən sonra öz şirkətimi açaraq məhsulları özüm qeydiyyatdan keçirmək qərarına gəldim. Bu məqsədlə həmin ilin sentyabrında "Blue Fire İnternational" MMC-ni yaradıb, fəaliyyətə başladım və ölkə ərazisinə müxtəlif növdə məhsullar idxal etməklə ticarət fəaliyyəti ilə məşğul olmağa başladım. Bütün məhsullar rəsmi olaraq qeydiyyatdan keçirib icarəyə götürdüyüm və qeydiyyatdan keçmiş anbarda saxlayıb müvafiq sifarişlərə uyğun olaraq satışını həyata keçirirəm. Vergilər Nazirliyinin əməkdaşları hər dəfə mal gələndə gəlib anbarda onların mövcudluğunu yoxlayırlar.

Sonuncu dəfə gələn məhsullarımız artıq bir neçə gündür ki, başda Əzizbəyov Hüseynqulu olmaqla Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd edilmiş əmrin eyni adlı Deportamentin baş direktoru Məmmədov Azər Oqtay oğlu, onun müavini Həsənov Rəşid Bilal oğlu və Departamentin baş direktorunun müavini Əliyev Hacı-murad Feliksoviç oğlu tərəfindən verildiyini bildirib. Bu şəxslər insanlarla çox hörmətsiz şəkildə davranırlar. Etiraz edəndə "Mən bilərəm, hansı mal keçir hansı mal keçməz”, "Kimə istəyirsən buyur şikayət et” "Siz karqo şirkətisiz, vəssalam” cavablarını verirlər".

Rauf İsmayılov Vergilər naziri Mikayıl Cabbarova müraciət edib: Prezident İlham Əliyev bütün çıxışlarında dövlət qurumlarına tapşırır ki, sahibkarlar üçün qapıları taybatay açın, onlara yardımçı olun. Cənab nazir, sizə sual edirəm: "Budurmu, sizin sahibkarlara yardımınız?" Xahiş edirəm, cavab verin". 

Rauf İsmayılov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib: "Mən dövlətimin haqqı-nahaqdan ayıracağını bilirəm, çünki ədalət hər zaman gec və ya tez bərqərar olur".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol