• $
  • €
  • ₽
  • ₺
  • £

Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir

Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir
29.05.2020 07:33
Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə hər zaman bu qida məhsulundan zəhərlənmələrlə müşayiət olunur.

Əhali arasında belə  bir iddia var ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə əhalinin vaxtı keçmiş qida istehlakına və zəhərlənmələrə səbəb olur. 

Bu iddialar təsdiqini tapmasa da, təkzibini sübut edəni də hələ olmayıb. 

Lakin vaxtı keçmiş məhsuldan əlavə, saxlanma şəraiti və temperaturu düzgün olmayan dondurmalar da sağlamlıq üçün ciddi təhlükədir.


Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır: 

"Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. 

Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanıldığına diqqət eləmək lazımdır. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində əlavələr mümkün qədər az və 40 faiz süd olmalıdır. 
Dondurmaların saxlanma şəraitinə mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır.


Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.  Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır”.

Məlumat üçün bildirək ki, əgər vətəndaşların dondurmalarla bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol