• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynalı qadın Bakıdakı məşhur salonda yandı

Ukraynalı qadın Bakıdakı məşhur salonda yandı
23.05.2019 18:56
Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı məşhur solyari salonu olan "Megasun”da yanıq xəsarətləri alıb.
Trend-in yazdığına görə, hadisə solyari salonunun Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanında yerləşən filialında qeydə alınıb.
Belə ki, salona qaralmaq üçün müraciət edən Sikorsko Alla Fraçovnanın seans zamanı boynunun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafı yanıb. 

O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Qadına birinci dərəcəli yanıq diaqnozu qoyulub.
Oxu.Az məsələ ilə bağlı "Megasun Solarium Studio” ilə əlaqə saxlayıb.
Onlar faktı təsdiqləyərək bildiriblər ki, Sikorsko Alla onların daimi müştərisidir:
"Yanvar ayından bu xanım bizim salonumuza gəlir və mütəmadi olaraq dərisini qaraltmaq üçün solyari prosedurundan istifadə edir. Ən son mayın 17-də, yəni altı gün öncə mərkəzimizdə olub.
Müştəri bizə müraciət edəndə öncə qeydiyyata alırıq. Daha sonra onun dərisinə uyğun solyari vaxtı təyin olunur. Əgər hər hansısa müştəri solyaridə daha çox qalmaq istəyirsə, buna müvafiq olaraq açılan anketə imza atır. Məsuliyyət isə onun boynunda qalır”.
Respublika Yanıq Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qadın xəstəxanaya iki gün əvvəl müraciət edib:
"Axşam saatlarında sözügedən xanım mərkəzimizə müraciət edib. Həkim müayinəsi zamanı ona boyunun ön nahiyəsinin, sinə və hər iki yuxarı, aşağı ətrafların birinci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.
Xanım yalnız bir dəfə bizə müraciət edib və gecə ambulator şəraitdə müalicə aldıqdan sonra öz istəyi ilə evə buraxılıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol