• $
  • €
  • ₽
  • ₺
  • £

Xədicə İsmayıl Ramil Səfərovu cinayətkar adlandırıb

Xədicə İsmayıl Ramil Səfərovu cinayətkar adlandırıb
23.05.2019 21:31
Jurnalist Xədicə İsmayıl sosial şəbəkədəki hesabında  Azərbaycan ordusunun güclənməsini korrupsiya kimi qiymətləndirib. O, həmçinin cəmiyyətdə kifayət qədər rəğbət görən Ramil Səfərovu cinayətkar adlandırıb. 
 
XƏdicə İsmayıl həmçinin qeyd edib ki, qəhrəman Mübariz İbrahimovdur. "Onu Ramil Səfərovla eyniləşdirib, təhqir etməyin", - deyə o vurğulayıb.
 
 
Jurnalistin fikirləri ilk növbədə onun sosial şəbəkədə dostluğunda olan insanların sərt reaksiyasına səbəb olub. 

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, bu tezislər kənardan ötürülüb. 

"Bu, Azərbaycana qarşı son dövrlərdə bəzi beynəlxalq təşkilatlar tərəfindən aparılan kampaniyanın tərkib hissəsində yer alan məsələdir. Əslində bu tezislərin kənardan ötürüldüyü göz qabağındadır. Açıq şəkildə ermənilərin mövqeyini ifadə edən tezislərdir”.

Politoloq qeyd edib ki, Ramil Səfərovla bağlı məsələ də ermənilərin bu günə Azərbaycana qarşı istifadə etdiyi tezislərdən biridir.  "Məlum məsələdir ki, bu fakt Azərbaycan bayrağının təhqir olunması ilə əlaqədardır. Hər hansı bir formada onun üzərinə kölgə salınması ləyaqətsizlik əlamətidir.

Xatırladaq ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbiçi olmaq arzusunda olub və orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini uğurla bitirdikdən sonra Türkiyədə Quru Qoşunları Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin mayından 2002-ci ilin martına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.
 
Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvarında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. İstintaq orqanları bu zaman Qurgen Markaryanın yatmış vəziyyətdə olduğunu iddia edirdi. Elə həmin tarixdə Səfərov  Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
 
Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilıb.  Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol