“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Ölkənin ən gənc mobil
operatoru olan "Nar”-ın da dəstəklədiyi "ADA Innovation Awards 2019”
mükafatının final mərhələsinin qalibləri müəyyən edilib. Anews.az xəbər verir ki, əsas məqsədi tələbələrə
innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait
yaratmaq olan müsabiqədə 1-ci yeri "Who is around”, 2-ci yeri "SafeSound”, 3-cü
yeri isə "Oracins” layihələrini irəli sürən tələbələr qazanıb. Qalib layihələrin
müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib. Eyni zamanda
2019-2020-ci tədris ilində "ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu qazanıblar.
"Texnologiyaların
sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin innovasiyalara açıq olduğundan və
tətbiq imkanlarını anladıqlarından əmin olmalıyıq. Buna görə də, "Nar” olaraq növbəti
dəfə gənclər üçün böyük əhəmiyyət kəsb edən bu tədbirin tərəfdaşlarından biri
olmaqdan məmnuniyyət duyuruq. Gənclərin intellektual inkişafına dəstək vermək
bizim KSM strategiyamızın əsas istiqamətlərindən biridir və onların innovativ
ideyalarını hər zaman dəstəkləməyə hazırıq”, - deyə "ADA Innovation Awards
2019” qaliblərinin seçilməsi üçün münsif qismində dəvət edilən "Nar”-ın
İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib. O qeyd
edib ki, təqdim edilən layihələri dəyərləndirərkən tələbələrin gündəlik
problemlərə innovativ yanaşmasını görmək çox sevindiricidir.
"Nar” və ADA
Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr
arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif
edilməsi, Universitetin ixtisasartırma proqramlarına "Nar” operatoru əməkdaşlarının
cəlb edilməsi kimi tədbirlər də mövcuddur.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























