• $
  • €
  • ₽
  • ₺
  • £

Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar

Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
24.05.2019 20:51
Bu gün mərhum sənətkar Fuad Poladovun doğum günüdür.
Aktyor haqda maraqlı faktları təqdim edir.
1. Fuad Poladov Bakının "Sovetski" məhəlləsində müəllim ailəsində doğulub. Amma uşaqlığının ən əziz xatirələri İsmayıllıda keçirdiyi tətillərlə bağlı olub.
2. İlk dəfə filmə 10-cu sinifdə oxuyanda çəkilib - "İstintaq davam edir" filmi. Həm də atasının qadağan etməsinə baxmayaraq.

3. Hardasa 35 yaşlarında olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

4. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.


5. Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrı tərk etməsi, bir də həmin teatrı iki il işlədikdən sonra 2017-ci ildə tərk etməsi. Bu hadisələr yalnız onun deyil, tamaşaçılar üçün də əlamətdar hadisə olub. Təəssüflə yanaşılıb. Amma Poladov özü getdiyi səbəbləri dəqiq bildiyi üçün buna təəssüflənməyib. Ümumiyyətlə, hərəkətlərinə görə heç vaxt təəssüflənməyib. Teatrdan son gedişiisə gənc həmkarınaqarşı işlədiyi teatrda yaşanan haqsızlıqlara etirazı olub.

 
6. Akademik teatrda son oynadığı tamaşa "Müsyö İbrahim və Quran çiçəyi" tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxıb.
7. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib.

8. Öz yas və dəfnini də heç kimin qarışmasını istəmədən, sadə, təmtəraqsız olmasını arzulayıb. Böyük sənətkar üçün adətən olduğu kimi hansısa böyük səhnəli zallarda vida mərasimi keçirilməyib. Arzusuna müvafiq olaraq onu atasının yanında dəfn ediblər və məzar daşı istədiyi kimi sadə bir başdaşı olub.

9. Fuad Poladov yaradıcılığı boyu - Zaur, Valeh, Bunin, Hamlet, Timon, Ferdinand, Şah Qacar, Müsyö İbrahim kimi onlarla roluilə ən sevilən aktyor olmağı bacarıb: onun getməsi ilə səhnədə heç kimin doldura bilmədiyi böyükboşluq yaranıb.

kulis.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol