• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı “Qarabağ şəhidləri”nin hasarını dağıtdı - FOTOLAR

İcra başçısı “Qarabağ şəhidləri”nin hasarını dağıtdı - FOTOLAR
25.05.2019 12:08
Qaradağ rayonundakı Ümid qəsəbəsində yerləşən məscidin ərazisi alınıb. Bu barədə məscidin icmasından məlumat verilib. Bildirilir ki, rayon icra başçısı Süleyman Mikayılovun göstərişi əsasında mayın 23-də əraziyə gələn İH əməkdaşları məscidin həyətyanı ərazisinin hasarını söküb. Söküntü prosesində icra başçısının müavini və arxitektor iştirak edib.

Aznews.az xəbər verir ki, İH rəsmiləri sökülmə ilə bağlı icmaya hər hansı bir rəsmi sənəd  təqdim etməyiblər. Bildirilir ki, bir neçə gün əvvəl əraziyə gələn rayonun icra başçısı məscidin ərazisinin geniş olduğunu, bu qədər ərazinin məscid üçün çox olduğunu deyərək əməkdaşlara ərazini kiçiltməyi göstəriş verib.

İcma sədri Ramin Həsənli bildirib ki, "Qarabağ şəhidləri” adı verilmiş məscid Ümid qəsəbəsində 2000-ci ildə inşa olunub. 2009-cu ildə isə məscidin icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb və rəsmi status alıb.

İcma sədri deyir ki, 2012-ci ildə məscidin ərazisi qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənib və 120 metr uzunluğu və 120 metr eni olmaqla ümumilikdə 1,44 hektar ərazi məscidə verilib. 2014-cü ildən isə məscid QMİ-nin balansına daxil olub. 2014-cü ildən sonra məscidin həyəti hasarlanıb və məscid yardımçı binalarla birlikdə icmanın balansında olub.

Qeyd edək ki, analoji daha bir hadisə Yeni Günəşli qəsəbəsi "Fatimeyi Zəhra” məscidi ilə bağlı yaşanıb. Hakimiyyət orqanları məscidin ərazisinin böyük olduğunu əsas gətirərək bir qismini alıblar. Ancaq Yeni Günəşlidən fərqli olaraq Ümid qəsəbəsi mərkəz hesab olunmur, icra hakimiyyətinin qəsəbə məscidinin ərazisinin kiçiltmək qərarının səbəbi anlaşılan deyil.


(Yeni Müsavat)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol