• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yağlar insanı gəncikən öldürür - XƏBƏRDARLIQ

Bu yağlar insanı gəncikən öldürür - XƏBƏRDARLIQ
25.05.2019 13:41
Trans yağlardan çox istifadə edən şəxslərin infarkt keçirmə riski digərlərinə nisbətdə 3 dəfə çoxdur. Bu da gənc yaşlarda ölüm riskini artırır.

Anews.az xəbər verir ki, bu barədə Türkiyəli professor, qastroenteroloq Alparslan Tanoğlu açıqlama verib.

Professor bu yağların hazır qidaların içərisində olmasının sağlamlığa qarşı ciddi təhdid daşıdığını deyib:
"Trans yağlar bədən üçün əvəzedilməz qidalar sırasında deyil. Düzdür, ət və süd məhsullarında təbii halda bu yağlar ola bilər. Ancaq hazır qidaların tərkibində sağlamlığa zərər verəcək səviyyədə olmamasına diqqət etmək lazımdır. Bu yağların əsas zərəri bədəndə yağ balansını pozmasıdır. Bu zaman "pis xolesterol” səviyyəsi artır, ürək-qan damar sistemi xəstəliklərinə səbəb olur. İnfarkt riskini 3 dəfə artırmaq və gənc yaşda ölümə səbəb olması ilə yanaşı piylənmə, qaraciyər yağlanması, diabet, alzaymer kimi xəstəliklər, hamiləlikdə düşüklərə, süd və bağırsaq xərçənginə səbəb ola biləcəyi ilə bağlı elmi araşdırmalar var”.

A.Tanoğlu bildirib ki, zərərlərinin bilinməsinə baxmayaraq hələ də, bu yağlardan istifadə edilməsinin əsas səbəbi qiymətinin ucuz olmasıdır:
"Xüsusən, hazır kartof qızartmaları, biskvitlər, şokalad növləri kimi məhsullarda trans yağlardan istifadə edilir. Digər yağlara görə trans yağların daha uzun ömürlü olması da ondan istifadəni şərtləndirən amillərdəndir. Dünyadakı sağlamlıq təşkilatları trans yağlardan istifadəni mümkün qədər azaltmaq istiqamətində çalışır. İnfarkt hallarının artması trans yağlardan istifadə ilə bağlı qanun layihəsinin hazırlanmasını labüd edir. Ona görə də alimlər trans yağlar əvəzinə hazır qidalarda zeytun, soya, qarğıdalı yağı və ya kərə yağından istifadəni məsləhət görür”.

(Publika)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol