• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağda müharibə yetişib, başlaması an məsələsidir"- General

"Qarabağda müharibə yetişib, başlaması an məsələsidir"- General
25.05.2019 13:47
"Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir”.

Bu sözləri "Yeni Müsavat”a müsahibəsində ehtiyatda olan zabit, general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təlimlər ucuz başa gəlmədiyini və hər bir təlimin məqsədinin döyüşə hazırlıq olduğunu deyib: "Bu təlimlər gecə, çöl-səhra, yağışlı, qarlı şəraitlərdə keçirilir və yüksək nailiyyətlər əldə olunur. Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir. Bir-iki istiqamətdən endirilən kəskin zərbələrdən sonra erməni ordusu təslim olacaq, yaxud qaçacaq. Ermənistanı himayə edən qüvvələr də yaxşı bilir ki, növbəti hərbi əməliyyatların başlanması işğalçı ölkəni hansı fəlakətlərlə baş-başa qoyacaq. Bunlar gəlişigözəl sözlər deyil, real qiymətləndirmədir”.

Aydəmirov vurğulayıb ki, məsələnin həll olunması üçün 3-4 briqadanın iştirakı ilə 5-6 gün kifayət edər: "Bizdə kifayət qədər dəqiq silahlar var. Döyüş bölmələrimizin demək olar ki, 100 faizi MAXE əməkdaşları, peşəkar zabitlərdir. Bunu analitiklər də bilirlər və deyirlər belə olan təqdirdə niyə oturmusunuz?

Hərbçi kimi deyirəm ki, müharibə başlasa, Qərbi Azərbaycanın bütün nöqtələrinə zərbə endirilməlidir. Qarabağı işğaldan azad etməyin ən rahat üsulunu hərbçilər bilir. Problemi daha da çətinə salan diplomatlar və siyasətçilərdir. Sarsıdıcı bir zərbədən sonra ermənilər qaça-qaça danışıqlara gələcəklər. Mən danışıqlara qəti şəkildə inanmıram. Düşmənə bir dənə yaxşı zərbə endirmək lazımdır, ondan sonra özləri yalvaracaqlar”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol