• $
  • €
  • ₽
  • ₺
  • £

Yaqub Mahmudov: Xalqımızı məhv etmək siyasəti yeridilib

Yaqub Mahmudov: Xalqımızı məhv etmək siyasəti yeridilib
25.05.2019 16:45
Bir həqiqət burada tamamilə aydınlaşır ki, bizim xalqımızı məhv etmək siyasəti yeridilmişdir. Cümhuriyyət süqut etdirərkən Gəncədə bütün camaatı - uşaqlı, qız-gəlinli, qocalı, cavanlı hamısını qırdılar. Azərbaycanın hər yerində bu soyqırımlar həyata keçirildi.

Bunu Dövlət Sərhəd Xidmətində "Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, 1918-20-ci illərdəki soyqırım Azərbaycan xalqına qarşı dayandırılmadı. Sovet hakimiyyəti illərində soyqırım yeni - daha dəhşətli mərhələyə daxil oldu:

"Bu binada həmin o soyqırım cəlladlarının nümayəndələri, onların varisləri yuva saldılar, beləliklə repressiya orqanları əslində ermənilərin, Qriqoryanların əlində oldu, başqalarının əlində oldu və bizim xalqımıza divan tutuldu. Bu baxımdan tarixin araşdırılmasında bu muzeyin son dərəcə böyük rolu var. Xalq bu muzeyə daxil olub çıxandan sonra uşaqlarımız, gənclik, hamı bilməlidir ki, o soyqırım cəlladları kimlərdən ibarət idi. Kimlər bu cəlladlığı törədiblər, xalqımızı məhv ediblər, burada icraçılar kimlərdən ibarət olmuşdur. Onlar siyahılaşdırılacaq və güman edirəm xalqımızda düşüncə tərzi yaranacaq ki, o "Domokl qılınc”ından biz həmişə özümüzü qorumalıyıq. Həmişə düşünməliyik ki, bu cür yerlərdə Azərbaycan xalqını məhv etməyə çalışıblar. Əlbəttə, biz bu məsələləri açdıqca içəridən də, kənardan da bizə hücumlar olur və deyilir ki, tariximizi siyasiləşdiririk. Tarixi siyasiləşdirmirik! Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirilmişdir. Xalqımızın ziyalılarını şüurlu sürətdə, düşünərək məhv etmək siyasətini həyata keçiriblər və biz onu ictimailəşdirəcəyik. Burada mən Ulu Öndəri yada salmaq istəyirəm, o dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Son 200 il XX-XXI əsrlərin tarixidir. Mən tamamilə əminəm ki, Heydər Əliyev burda bu rəhbərliyə keçməsə idi, SSRİ tərəfindən ilk dəfə Dövlət Təhlükəsizliyi Komissiyasına rəhbərlik etməsəydi, fəlakətlərimiz çox olacaqdı. O, Bəxtiyar Vahabzadəni də, Rəsul Rzanı da haqlayacaqdı. Bizim ləyaqətli insanlarımız hamısı məhv olacaqdı".

(Trend)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol