• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Əlizadə Polad Bülbüloğlunu ittiham etdi

Araz Əlizadə Polad Bülbüloğlunu ittiham etdi
26.05.2019 08:11
"O, son zamanlar nədənsə, birdən-birə oldu azərbaycanlı, yadına düşdü ki, onun vətəni də var”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində jurnalist Fuad Abbasovun Moskvada saxlanmasının səbəbləri və başqa məqamlar haqda danışan Milli Məclisin deputatı Araz Əlizadə deyib.

– Fuad Abbasovun Moskvada saxlanmasını Rusiyanın Azərbaycana mesajı kimi qiymətləndirənlər də var…

– Mən indi sizdən soruşuram, Fuad Abbasovun Azərbaycana nə dəxli var?

– Bizim vətəndaşdır…

– Kim deyir sizə? O, Türkiyə vətəndaşıdır. Azərbaycanda ikili vətəndaşlıq yoxdur.

– Özünün də dəfələrlə dediyinə görə, Azərbaycan vətəndaşıdır. Həm də onun məhz Azərbaycana deport ediləcəyi bildirilir.

– O, Türkiyə vətəndaşıdır və buyursun, getsin Türkiyəyə. Azərbaycana niyə gəlir? Özü televiziya ilə çıxış edəndə, neçə dəfə bildirib ki, mən Türkiyə vətəndaşıyam, mənim sultanım vardı, güclü dövlətimiz vardı, o sultanın qərarlarını qəbul edirəm… Mən o verilişlərə baxmışam. Siz nə istəyirsiz deyin, ancaq mən də deyirəm ki, o, bir dəfə də Azərbaycanın mövqeyindən çıxış etməyib. O, son zamanlar nədənsə, birdən-birə oldu azərbaycanlı, yadına düşdü ki, onun vətəni də var.

– Fuad Abbasov son müsahibəsində mayın 28-də Azərbaycana deport ediləcəyini deyib. Azərbaycan vətəndaşı olmasaydı, niyə bura göndərilsin ki?

– Yəqin ki bu, Poladın (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu – red.) xidmətidir. Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu… Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi… Olmazdı ki, Türkiyə vətəndaşı Fuad Abbasova verilən pulları versinlər bizim rusdilli politoloqlara və o verilişlərə göndərsinlər?

– Rusdilli politoloqlarımız az deyil…

– Rusiyalı deputatlar Milli Məclisdə olanda mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur? O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib.

– Maraqlı məqamdır. Ancaq əvvəlki suala qayıdıram. Belə fikirlər var ki, Rusiya bu addımla Azərbaycandan hansısa siyasi qərarın verilməsini gözləyir…

– Yox, nə siyasi qərar… Fuad Abbasov o qədər böyük fiqur deyil ki, Azərbaycan ona görə nə isə etsin.

– Yaxşı, belə deyək, onun nümunəsində…

– O heç nümunə də ola bilməz. Çox savadsız uşaqdır. Bir dəfə Norkinin "Mesto vstreçi” tok-şousuna çıxmışdı. Həmin verilişdə Amerikanın "Stinger” raketlərini qadın alt paltarının adı ilə qarışdırdı. Bunu da bir neçə neçə dəfə təkrarladı. Bu da onun savadı…


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol