• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda növbəti üç gün üçün hava proqnozu açıqlanıb

Azərbaycanda növbəti üç gün üçün hava proqnozu açıqlanıb
29.05.2020 03:56
Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.

Mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 26-29, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında mayın 28-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Mayın 29-30-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol