• $
  • €
  • ₽
  • ₺
  • £

Polis əməliyyat keçirdi: Dayı tutuldu - Foto

Polis əməliyyat keçirdi: Dayı tutuldu - Foto
27.05.2019 16:43
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Bayram Novruzov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 5,972 qram marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq B.Novruzovun yaşadığı evə baxış zamanı əlavə olaraq 1 kiloqram 155 qram heroin, satış üçün hazır qablaşdırılan 29 kiloqram 630 qram marixuana, 2 kiloqram 550 qram çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin yarımtikilidə kultivasiya yolu ilə xüsusi qablarda yetişdirilən 4031 ədəd çətənə kolu, habelə idarə etdiyi "Hunday” markalı avtomobildən 535 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qohumu Kamilin vasitəçiliyi ilə əkdiyini və qurudandan sonra onun köməkliyi ilə satışını təşkil etdiyini bildirib.

İdarə əməkdaşları tərəfindən həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamil Novruzov da saxlanılıb. Onun idarə etdiyi "Mersedes G Klass” markalı avtomobilə baxış zamanı 515 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırmarla K.Novruzovun qohumuna əkmək üçün narkotik tərkibli çətənə toxumları verdiyi müəyyən edilib. İstintaq zamanı K.Novruzovun paytaxt və eləcə də respublikanın digər bölgələrində "Dayı” adı ilə narkotik maddələrin satışını həyata keçirdiyi məlum olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol