Bakıda daha bir həkim səhlənkarlığı , yoxsa... - VİDEO

Qarayev adına 2 nömrəli klinik xəstəxanasında 7 aylıq uşaq ölüb, bu barədə Anews.az-a xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov məlumat verib.
"7 aylıq dünyasını dəyişən uşaq bizim
xəstəxanaya bağırsaq infeksiyası diaqnozu ilə daxil olub. Xəstəlik tarixi əlimizdə
olmadığına görə dəqiq məlumat verə bilmərik. Meyit hazırda Pataloji Anatomiya
Birliyinə göndərilib. Ortada cinayət işi olduğuna görə, əlavə heç bir məlumat
verməyə icazəmiz yoxdur. Meyit ekspertiziya olandan sonra dəqiq məlumat verəcəyik", - deyə Rəhimov bildirib.
Uşağın yaxınları həkimləri uşağı öldürməkdə ittiham edir və Səhiyyə Nazirliyini onları qəbul etməməkdə suçlayır. Onların dediyinə görə, həkim Mətanət Rzayeva uşağın ölümündə günahkardır.
Səhiyyə Nazirliyindən isə anews.az-a bildirdilər ki, ölüm halı olanda bununla bağlı cinayət
işi başlanır. Ona görə də ölümlə bağlı məsələ olanda mətbuata açıqlama verə
bilməzlər. "Bu istintaqın gedişinə mane ola bilər. İstinaq başlanır və
Prokrorluq araşdırma edir. Əgər ortada həkim səhlənkarlığı baş verən hal olarsa
həmin həkim məsuliyyətə cəlb olunacaq", deyə nazirlikrəsmisi dedi.
Qeyd edək ki, bir neçə gün
öncə dünyasını dəyişən uşağın valideynləri Səhiyyə Nazirliyin qarşısında aksiya
keçirərək şikayət ediblər. Səhiyyə Nazirliyinin onları qəbul etməsi barədə məlumat
almaq istəsək də "on dəqiqə sonra cavab verəcəyik deyib” telfonlarımıza cavab
vermədilər.
Uşağın yaxınlarının etirazlarını bildirdiyi "Azad Söz" internet resursuna aid videomaterialı diqqətinizə təqdim edirik:
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























