• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı açıqlama verdi

Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı açıqlama verdi
29.05.2019 20:52
"Azərbaycan jurnalisti Fuad Abbasovun saxlanılması məsələsini yaxından öyrənəcəyik və ona baş çəkməyə çalışacağıq”.
Bunu "Report”un Rusiya bürosuna Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova deyib.
"Fuad Abbasovun saxlanılmasına dair heç kim bizə müraciət etməyib. Sizin sualınıza qədər Moskvada Azərbaycan jurnalistinin saxlanması ilə bağlı heç bir məlumatımız yox idi. Bu cür hallara çox həssas yanaşırıq və onları nəzarətdə saxlayırıq”, – T.Moskalkova bildirib.
Öz növbəsində, Fuad Abbasovun vəkili Teyyub Şərifov "Report”a açıqlamasında deyib ki, onun deportasiyası daha yuxarı instansiya məhkəməsinə şikayət edildiyinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.
"Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verdik. Məhkəmənin ilkin iclasının vaxtı hələ təyin olunmayıb. Şikayətə baxdıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiya edilməsinin qanuniliyi ilə bağlı qərar verəcək”, – vəkil bildirib.
Xatırladaq ki, Azərbaycan jurnalisti Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol