• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil nazirinin müavini: "Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var"

Təhsil nazirinin müavini: "Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var"
30.05.2019 11:59
"Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var".

Anews.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin QurbanovTəhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.
Nazir müavini bildirib ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var: "Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa gələcək inkişaflarında problem ola bilər".

O qeyd edib ki, məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz: "Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən bu kimi gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər".

F.Qurbanov əlavə edib ki, təhsil sahəsində aparılan islahatlar bir çox məsələlərlə əlaqəlidir: "10 ildən sonra dünyada mövcud ixtisas və peşələrin 80 faizinə ehtiyac olmayacaq. Hansı sahə daha çox inkişaf edəcək o sahələrə görə də qərarlar veriləcək. Bu da iqtisadi strategiya ilə əlaqəlidir. Təhsil sistemi elə baza bilikləri verməlidir ki, gənclərimiz o bazanın biliklərinə yiyələnə bilsinlər". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol