• $
  • €
  • ₽
  • ₺
  • £

Dostunun xalasına "əxlaqsız" deyəni çay kənarına aparıb bıçaqladı - TƏFƏRRÜAT

Dostunun xalasına "əxlaqsız" deyəni çay kənarına aparıb bıçaqladı - TƏFƏRRÜAT
30.05.2019 13:02
Qubada qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum edilən Rəşad Hacıyev barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Anews.az ölkə.az-a istinadən bildirir ki, onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.


Qeyd edək ki, hadisə ötən il Quba rayonunda baş verib.

Rəşad Hacıyev ötən il fevralın 18-də həmyerlisi Orxan Süleymanovu Qudyalçayın üzərindəki "Damba" adlanan Hidrotexniki su qovşağının yaxınlığında bıçaqlayaraq öldürmək istəyib.

Məlum olub ki, Rəşad Hacıyev Orxan Süleymanovu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Hadisədən əvvəl Orxan Rəşadın yanında sonuncunun dostu Elvin Əkbərovun xalasının əxlaqsız olduğunu deyib.

Buna görə onların arasında mübahisə yaranıb. Bir gün sonra Rəşad dostu Elvinlə birlikdə rayonun mərkəzindəki "Panorama" çay evinə gəliblər.
Bu münasibətləri aydınlaşdırmaq üçün Orxanı çay kənarına aparıblar. Mübahisə zamanı Rəşad bıçaqla Orxana bir neçə zərbə endirib. Həmin vaxt Orxan ona qarşılıq verib və əl-qol atmaqla oradan kənarlaşıb.

Xəstəxanaya çatdırılan Orxana tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Rəşad Hacıyev həbs edilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Rəşad Hacıyevin 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Hökmdən narazı qalan Rəşad Hacıyev apelyasiya şikayəti verərək əmrin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol