• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Ağalarovdan narkomanlarnan bağlı addım

Emin Ağalarovdan narkomanlarnan bağlı addım
30.05.2019 15:28
Bakıda Rusiya Narkoloji Bərpa Mərkəzinin filialı açılacaq.

"Report” xəbər verir ki, yeni müəssisə Rusiyanın "Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov tərəfindən Rusiya Milli Əks-Narkotik İttifaqı (RMƏNİ) ilə birgə açılacaq.

"Azərbaycanı çox sevirəm və ona görə vətənimdə bu problemin həllilə məşğul olmaq üçün rusiyalı dostlarımı dəvət etdim. Mən narkotiklərə mübtəla olmadığıma görə, bəxtəvərəm, çünki çalışdığım sahədə narkotikdən uzaq qalmaq nadir şeydir. Dörd övladım var, onları da həmin bəladan qorumağı çox istəyirəm”, – Bakıda Beynəlxalq narkotiklərin istifadəsinə və qanunsuz dövriyyəsinə qarşı mübarizə gününə həsr olunan mətbuat konfransında iştirak edən müğənni bildirib.

E.Ağalarov Bakıda hər il təşkil etdiyi "İsti” layihəsini də RMƏNİ-nin tərəfdaşına çevirmək qərarına gəldiyini bildirib.

RMƏNİ sədri Nikita Luşnikov da 10 ilini narkotiklərə qurban verərək böyük çətinliklə xilas olduğunu, narkomanlara kömək üçün 15 il əvvəl həmin təşkilatı yaratmaq qərarı verdiyini diqqətə çatdırıb.

"Narkomaniya Azərbaycanda da var, sadəcə, Rusiyaya nisbətən bir qədər üstüörtülüdür. Sizin ölkənizdən də uşaqlar bizə müraciət ediblər, uğurlu bərpa dövrü keçiblər. Azərbaycan çox əlverişli ölkədir, sizdən nümunə götürmək olar. Gənclər idmanla məşğul olanda, sağlam həyat sürəndə adama ləzzət verir. Biz Eminlə Azərbaycanda da belə bir mərkəz açmaq qərarına gəldik, həmçinin bir çox başqa beynəlxalq layihələr üzrə də əməkdaşlıq edəcəyik” – N.Luşnikov bildirib.
Qeyd edək ki, Rusiya Milli Əks-Narkotik İttifaqı yalnız ianələr hesabına maliyyələşən qeyri-kommersiya təşkilatıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol