• $
  • €
  • ₽
  • ₺
  • £

Vəsatətimiz rədd edildi - Elina işi ilə bağlı son durum

Vəsatətimiz rədd edildi - Elina işi ilə bağlı son durum
31.05.2019 15:41
"Haqqımda guya vəkilləri dəyişəcəyimlə, onlardan narazı olmağımla bağlı yazılar yayımlanıb”.

Anews.az-ın məlumatına görə, bu sözləri Lent.az -a açıqlamasında 162 nömrəli tam orta məktəbdən özünü ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev deyib. O bildirib ki, dünən Elinanın vəkilləri ilə görüşüb:
"Mən vəkilləri ilk dəfə dünən görmüşəm. Onlarla 1 saat, 1 saat yarıma qədər danışdıq. Mənim narazılığım yoxdur və heç kəsə də vəkilləri dəyişəcəyimlə bağlı nəsə deməmişəm.Bundan başqa dünən məhkəmə-tibbi ekspertizada iştirakını istədiyimiz ekspertdən də söz açdıq. Maraqlıdır ki, bizə tutarlı səbəb göstərmədən vəsatətimiz rədd edildi. Əgər təmiz iş gedəcəksə, nə üçün buna icazə verilmir ki?”.
Həmçinin xatırladaq ki, Elinanın anası Sevil Hüseynova istintaqın gedişatından narazı qaldığını, həmçinin ekspert Vüqar Məmmədov barəsində verilən vəsatətin rədd edilməsindən də söz açmışdı.

Sevil Hüseynova isə heç bir dəyişiklik baş vermədiyini bildirib:
"Hər şey əvvəlki kimi qaldı. İndi isə ekspertizanın cavabını gözləyirəm. Sadəcə hələ də nə üçün vəsatətimizin qəbul olunmaması ilə bağlı bizə məlumat verilməyib”.

Qeyd edək ki, dünən Baş Prokurorluğun verdiyi məlumata görə istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.
Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol