• $
  • €
  • ₽
  • ₺
  • £

Problemli kreditlərlə bağlı VACİB XƏBƏR - 91,4%...

Problemli kreditlərlə bağlı VACİB XƏBƏR - 91,4%...
29.05.2020 01:28
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin müvafiq xərc maddəsindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün altı tranş çərçivəsində ümumilikdə 600,1 mln. manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.
Maliyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 18.04.2019-cu il tarixində 350,8 mln. manat, 06.05.2019-ci il tarixində 53,5 mln. manat, 14.05.2019-cu il tarixində 26,3 mln. manat, 15.05.2019-cu il tarixində 42,6 mln. manat, 23.05.2019-cu il tarixində 46,2 mln. manat və son olaraq 31.05.2019-cu il tarixində 80,6 mln. manat məbləğində vəsaitlər bankların, ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.
Beləliklə, bugünkü tarixə Maliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların 91,4%-i bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixində imzaladığı Fərmanda baş vermiş devalvasiyalar nəticəsində dəymiş zərərlə bağlı fiziki şəxslərə hesablanmış kompensasiya məbləğinin 3 aydan gec olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi tapşırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol