Qaxda avtomobillə motosiklet toqquşub

Qaxda minik avtomobili ilə motosiklet toqquşub.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Qax rayonun sakininin idarə etdiyi "VAZ” markalı minik avtomobili ilə Qaxbaş kənd sakini 1996-cı il təvəllüdlü Şiosşvili Laşa Meraboviçin idarə etdiyi qoşqulu motosiklet toqquşub. Qəzadan sonra VAZ markalı avtomobildə olanlardan heç kəs xəsarət almasa da, motosikletin sürücüsü L. Şiosşvili aldığı bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























