Gömrük rəisinin müavini 700 milyon dolları ölkədən çıxarıb

Qırğızıstanın gömrüyünün keçmiş rəis müavini Raim Matramov ölkədən 700 milyon dollar çıxarıb.
Virtualaz.org xəbər verir ki, bu sensasion faktı "Azadlıq” radiosunun qırğız redaksiyasının araşdırması aşkar edib. Video-araşdırmaya internetdə bir sutkadan da az müddətdə yüz minlərlə adam baxıb.
"Azadlıq” radiosunun redaksiyasının sərəncamında elə sənədlər var ki, onlarla tanış olanda adamın saçları biz kimi olur. Bizim etibar etdiyimiz mənbələr xəbər veriblər ki, 2011-2017-ci illərdə Qırğızıstanın bir neçə bankı üzərindən xaricə 700 milyon dollar çıxarılıb. Və bizim əlimizdə bunu təsdiq edən onlarla sənəd, bank qəbzləri var. Bu sənədlər həmin məbləğin azı 250 milyon dollarının çıxarıldığını birbaşa təsdiqləyir”-radionun jurnalisti Əli Toktakunov bildirir.
Araşdırmada deyilir ki, bu maxinasiyaların izləri Qırğızıstan Gömrük Komitəsinin keçmiş rəis müavini Raim Matraimova aparır. Əslində Matraimov Qırğızıstanda xalq arasında çoxdandır "Milyon Raim” kimi tanınır və onun sərəncamında çoxlu pulların olduğu haqda neçə vaxtdır danışılırdı. Lakin hakimiyyət dövlət məmurunda bu qədər pulun haradan olduğuna hələ də cavab verə bilməyib.
Matraimovlar Qırğızıstanın cənubunda nüfuzlu klan hesab edilir. Onun gömrükçüləri ticarətçiləri malların gömrükdən keçirilməsi üçün hər dəfə bir neçə min dollar ödəməyə məcbur ediblər.
"Bütün gömrük əməkdaşları Raimin kiçik qardaşı Ruslan Matraimovun əmri ilə hərəkət etdiyi üçün biz işləyə bilmirik. Bizim kreditlərimiz var. Bu kreditlərin hesabına işləyirik, dövlətə vergi veririk, üstəlik gömrükçülərin cibini doldururuq”-ticarətçilərdən biri anonimlik şərti ilə bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























