Mətanət İsgəndərlinin qızı ağır yol qəzasına düşdü - Foto

Əməkdar artist Mətanət İsgəndərlinin qızı ağır avtomobil qəzası keçirib.
Mətanət İsgəndərli ailə üzvlərinin qızının qəzaya düşmə xəbərini ondan gizlətdiklərini qeyd edib:
"Atam, bacım, gəlinimiz, Kərim bilirdi. Hətta məndən gizlin gedib qurban kəsiblər. Mənə deməyiblər!
Mənim balam oradan sağ çıxıb. Qızım qabaqda oturub. Amma sürücüyə heç nə olmayıb. Kürəkənimin dostunun yoldaşı olub rolda. Antalyaya gedirlərmiş. Böyük yük maşını, TIR-lardan olub, bunlar da 140-la gedirmiş. Gəlib vurub Ülkər tərəfdən. Qız maşın sürə-sürə "Redbull" açırmış. Qızım özü də sürücüdür. 14 ildir də maşın sürür. Deyir "Bəlkə də Allah məni saxladı".Yuxularım... Sonra deyirlər ki, yuxular düz deyil. Yuxumda gördüm ki, qara it üstümə gəldi. Həmin ərəfədə Ülkər qəzaya düşüb. Nə şar açılıb, nə də kəməri bağlı olub. Gözü buradan (kipriklə qaşın arasını göstərir) cırılmışdı. Göz qapağı gəlib gözün altına düşmüşdü.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























