Qızıl Aypara Cəmiyyəti yardım adı ilə neftçiləri soyur?

SOCAR-da neftçilər onların maaşlarından Qızıl
Aypara Cəmiyyəti adı ilə məcburi şəkildə pul tutulmasından şikayət edir, - bu barədə məlumatı anews.az-a Neftçilərin
Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Mirvari Qəhrəmanlı bildirib ki, artıq bir neçə müddətdir ona bu məsələ ilə bağlı məlumatlar daxil olur.

Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilə danışdıq.
Vitse prezident deyir ki, məcburi şəkildə pulun tutulmasından söhbət gedə bilıməz.
"Bilirsiniz, burada məcburiyyət yoxdur. Neftçilərdən kimlərsə cəmiyyətin üzvüdürsə, bəli, onlardan nizamnamə çərçivəsində pul toplanır. Keçən ilin fevralınakimi bu məbləğ 2 manat idi, cəmiyyətin ali şurasının qərarı ilə, fevraldan sonra həmşəki kimi ildə bir dəfə olmaqla, 6 manat oldu. Bu da heç bir aya 30-40 qəpik etmir” – deyə Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirib.

Onun sözlərinə görə, işçilərdən ancaq üç istiqamətdə məcburi qaydada pul tutula bilər. Bunlar gəlir vergisi, sosial müdafiə üçün, bir də, işsizlikdən sığortadır.
Həzi
www.anews.az
Mirvari Qəhrəmanlı bildirib ki, artıq bir neçə müddətdir ona bu məsələ ilə bağlı məlumatlar daxil olur.
"Neftçilər
şikayətlənirlər ki, maaşlarından
Qızıl Aypara Cəmiyyəti üçün məcburi formada pul tutulur. Onlar deyirlər ki, ötən
il bu məbləğ 2 manat idisə, artıq bu ildən etibarən 6 manatdır. Mənə şikayətlənirlər
ki, bu pul hara gedir, niyə bizdən yığırlar, bilmirik”, - deyə Mirvari Qəhrəmanlı
işçilərin şikayətini bildirib.

Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilə danışdıq.
Vitse prezident deyir ki, məcburi şəkildə pulun tutulmasından söhbət gedə bilıməz.
"Bilirsiniz, burada məcburiyyət yoxdur. Neftçilərdən kimlərsə cəmiyyətin üzvüdürsə, bəli, onlardan nizamnamə çərçivəsində pul toplanır. Keçən ilin fevralınakimi bu məbləğ 2 manat idi, cəmiyyətin ali şurasının qərarı ilə, fevraldan sonra həmşəki kimi ildə bir dəfə olmaqla, 6 manat oldu. Bu da heç bir aya 30-40 qəpik etmir” – deyə Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirib.
Qeyd edək ki, illik 6 manatı 12 aya böldükdə, bir nəfər üçün hər aya 0.50 azn düşür. Nəzərə alsaq ki, SOCAR-da 50 mindən çox işçi işləyir, bu bir ilə təxminən 300 000 min manat gəlir
deməkdir.

Neftçilərin Hüquqlarının müdafiəsi təşkilatının hüquqşünası , vəkil Azər Quliyev isə deyir ki, işçilərin hətta
Qızıl Aypara Cəmiyyətinə üzv olması da o demək deyil ki, onların maaşlarından
üzvlük haqqı tutula bilər.
Onun sözlərinə görə, işçilərdən ancaq üç istiqamətdə məcburi qaydada pul tutula bilər. Bunlar gəlir vergisi, sosial müdafiə üçün, bir də, işsizlikdən sığortadır.
"Həmkarlar İttifaqı, Qızıl Aypara Cəmiyyəti və bu formada olan birliklərə
qoşulmaq o demək deyil ki, sən üzvlük haqqı da verməlisən. Üzvlük haqqı o zaman
tutula bilər ki, sən özün ərizə ilə müraciət edib xahiş edəsən ki, birliyə dəstək
məqsədi ilə mən hər ay bu qədər yardım etmək istəyirəm. Bu olmadıqda, işçilərdən
hansısa ad altında pul tutulması qanunvericiliyə ziddir", - deyə vəkil Azər Quliyev bildirdı.
O, həmçinin söylədi ki, qanunvericilikdə 3
halda məcburi formada pul çıxma var, bunlar gəlir vergisi, sosial müdafiə, bir də, işsizlikdən sığortadır. Qalan bütün hallarda işçidən məcburi pul tutulmaları qanunsuzdur və işçilərin məhkəmə qaydasında öz hüquqlarını bərpa etmək hüququ var.
Həzi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























