• $
  • €
  • ₽
  • ₺
  • £

Xəbərdarlıq: “E-poçt hesablarınız təhlükə altındadır”

Xəbərdarlıq: “E-poçt hesablarınız təhlükə altındadır”
11.09.2014 15:30
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan cəmiyyətinə qarşılaşa biləcəyi təhlükə ilə bağlı növbəti xəbərdarlığını elan edib. ANN.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ETM-in ekspertləri bildirir ki, Azərbaycan əhalisi tərəfindən də geniş şəkildə istifadə olunan “mail.ru” internet ünvanlarının istifadəçiləri təhlükə ilə qarşı-qarşıyadır. Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4.6 milyon (4 664 478) istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb. Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib. Həmçinin qısa müddət öncə 1 milyona yaxın “Yandex” istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb. Eyni zamanda 5 milyona yaxın (4 929 090)  “Gmail” və digər “Google” xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq  qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. “Google”-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır. Elektron Təhlükəsizlik Mərkəzi isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol