• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirliyi “Greencard”la bağlı məlumat yaydı

ABŞ səfirliyi “Greencard”la bağlı məlumat yaydı
03.06.2019 22:56
ABŞ-ın Azərbaycandakı səfirliyi Diversiti Viza Proqramı ("Greencard” viza lotereyası) ilə bağlı müraciət edib.
Səfirlikdən verilən məlumata görə, Azərbaycanda "Greencard” təşkilatları və digər şirkətlər vasitəsi ilə müraciət edən insanların sayında artım müşahidə olunur. Konsulluq bildirir ki, bu şirkətlərin vasitəçiliyi müraciətçinin seçilmə şansını artırmır və üstəlik ondan xərc tələb edir. Nəticə etibarı ilə bu kimi müraciət şəxsin Amerikaya köçmək və hətta səfər etmək imkanlarına ciddi xələl gətirə bilər: "Sözügedən təşkilatlar müraciətçilərdən şəxsi məlumalarını aldıqdan sonra həmin şəxslərdən icazəsiz hər il eyni müraciəti onların adından edirlər. Müraciətçinin seçildiyi təqdirdə həmin "Greencard” şirkətləri seçilmiş şəxsdən ona lazım olan hesabı əldə etməsi üçün ədalətsiz şəkildə əlavə ödəniş tələb edir. Halbuki insan özü müraciət etdiyi təqdirdə heç bir ödəniş etməli deyil. Tez-tez həmin şirkətlər müraciətçiyə dair düzgün məlumat təqdim etmir. Ola bilər ki, müraciətçi Diversiti Viza Proqramı çərçivəsində seçilsin və "Greencard” şirkətinə böyük məbləğdə ödənış etsin, lakin nəticədə ona dair şəxsi məlumatların dəqiq olmaması səbəbindən onun müraciətinə imtina cavabı verilsin”.
Məlumatda qeyd edilir ki, Diversiti Viza Proqramına müraciət edərkən müəyyən vacib məqamlara diqqət yetirilməlidir:
– Müraciət formasında müraciətçinin adı əsas əlaqə saxlanılası şəxs kimi göstərilməlidir
– Daxil olmaq üçün lazımı identifikasiya nömrəsinə yalnız şəxs malik olmalıdır
– Müraciət zamanı müraciətçinin göstərdiyi "yardım” a görə kiməsə ödədiyi pul onun seçim şansını artırmır. (Unikal.org)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol