Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi axşama doğru arabir güclənəcək. ANN.Az xəbər verir ki, havanın temperaturunun gecə 21-25, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 70-80 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal küləyi əksər meteohəssas insanlar üçün müsbət amildir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























