• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “1 iyun”u uşaqlarla birgə qeyd etdi

Bakcell “1 iyun”u uşaqlarla birgə qeyd etdi
04.06.2019 10:14
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti  Uşaqların Beynəlxalq Müdafiəsi gününü Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsindəki xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə keçirib.

200 nəfərə yaxın uşağın iştirakı ilə "SOS Uşaq Kəndi”ndə keçirilən bayram tədbirində uşaqlar  maraqlı əyləncə və müsabiqələrdə iştirak edib.
Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan "Bakcell Stars” proqramını həyata keçirir. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafına həsr olunmuş layihələr çərçivəsində indiyə kimi minlərlə uşaq və gənc Bakcell şirkətindən dəstək alıb.

"SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB və "Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən onlarla layihə vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya olunmaları istiqamətində işlər görülüb.









www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol