Bu ərazilərdə qaz olmayacaq

Bu gün Nəsimi rayonunun əksər ərazilərində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Anews.az-a verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400,160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























