“Şəhərdən Kəndə” layihəsinə start verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrat Ticarət Şirkəti” MMC Azərbaycanda aqroekoturizin inkişafına həsr olunan "Şəhərdən Kəndə” layihəsinə start verib.
Bununla bağlı keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu gün regionlarda beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır: "Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Regionların sosial-iqtisadi inkişafı istiqamətində Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və "Kənddən Şəhərə” kimi bir neçə sosial yönümlü layihələri uğurla həyata keçiririk”.
Nazirin sözlərinə görə, qeyri-neft sektorunun digər prioritet sahələrindən biri də turizmdir: "Azərbaycan böyük turizm potensialına malikdir və ölkəmizə gələn turistlərin sayı ildən ilə artır. Onlar təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaqdır. Bu səbəbdən biz tərəfdaş qurumlarımız ilə birgə "Şəhərdən Kəndə” adlı aqrar turizm layihəsini həyata keçirmək qərarını verdik”.
Nazir bu baxımdan, beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edib.(unikal)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























