• $
  • €
  • ₽
  • ₺
  • £

"Yüzlərlə şikayət alırıq" - Deputat icra başçılarını qınadı

"Yüzlərlə şikayət alırıq" - Deputat icra başçılarını qınadı
04.06.2019 11:40
"Sahibkar artıq bankla sərbəst işləməlidir. Bank yalvarır ki, gəl sənə aşağı faizlə kredit verim. Çox təəssüf ki, ölkədə biz bu məsələni həll edə bilməmişik".
Anews.az-ın məlumatına görə, "Qafqazinfo" xəbər verir ki, bu sözləri  Milli Məclisin deputatı Vahid Əhmədov Sahibkarlar Gününə həsr olunan konfransda çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, 10 min dollara qədər olan kreditlərlə bağlı Prezident 682 milyon manat vəsait ayırıb: "Ölkədə 32 bank var, mənim aldığım məlumata görə, 5-ə yaxın bank oradan kifayət qədər böyük vəsaitlər götürüb. İndi görək həmin banklar aldıqları vəsaitlər hesabına sahibkarla üçün kredit faizlərini aşağı salacaq? Biz o bankların adını bilirik. Niyə bu gün banklar real sektorun inkişafı üçün maliyyə qoymur? Sadəcə alverlə məşğuldur".

Mülkiyyətin toxunulmazlığı məsələsinə toxunan millət vəkili bununla bağlı sahibkarlardan xeyli şikayət aldığını vurğulayıb:
"Biz bu gün mülkiyyətin toxunulmazlığını təmin edə bilmirik. İstənilən icra başçısı gəlib sahibkarın mülkiyyətinə maneə törədə bilər. Bununla bağlı yüzlərlə şikayət alırıq. Ölkədə sahibkarlığın inkişafı üçün xeyli şərait yaradılır, ancaq müəyyən problemlər var. Gömrük sahəsində sahibkar 40%-dən vergi ödəyir ki, bu da böyük rəqəmdir. Məhkəmə hüquq sistemində gedən islahatları böyük maraqla izləyirik və bu sahədə çətinliklərin aradan qaldırılmasını gözləyirik".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol