• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-da yeni təyinatlar

BDU-da yeni təyinatlar
29.05.2020 00:30
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Sani Hacıyev vəzifəsindən azad olunub.

Tarix elmləri doktoru, professor S.Hacıyevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb.
Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur.

Bundan başqa, BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir vəzifəsinə təyin edilib.

Bir müddət əvvəl isə BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi təsis olunub. Həmin vəzifə isə Əli Nağıyevə həvalə edilib. Hazırda Məzahir Sultanovun tutduğu Maliyyə məsələləri üzrə müşavirlik isə əvvəldən mövcud olub. Bununla da hazırda BDU rektorunun müşavirlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Həmin müddətdən 2019-cu ilin martın 11-dək BDU-nun rektoru vəzifəsini Təhsil nazirinin müavini Firudin Qurbanov icra edib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru vəzifəsinə təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

Xatırladaq ki, bir müddət əvvəl S.Hacıyevin prorektor vəzifəsindən azad edilməsi ilə bağlı xəbər yayılsa da, təsdiqini tapmamışdı.
Bir müddət əvvəl BDU-nun ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. Həmin vəzifə Cəfər Eyvazova həvalə olunub. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol