Sumqayıtda direktorun otağına qumbara atdılar

Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhddə ittiham olunan Şirin Astanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatındadır. Məhkəmənin hazırlıq iclası iyunun 13-ə təyin edilib.
Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib. O, özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına ataraq partlatmağa cəhd edib.
Xoşbəxtlikdən, qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.
Hadisə yerinə gələn polislər Şirin Astanovu tutub.
İstintaq orqanı tərəfindən Şirin Astanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib