• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov Gəncə qiyamından yazdı

Əli Əhmədov Gəncə qiyamından yazdı
04.06.2019 15:15
Yeni Azərbaycan Partiyasının icra katibi, Baş Nazirin müavini Əli Əhmədov "4 iyun” qiyamı haqda fikirlərini bölüşüb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Əhmədov bildirib ki, 26 il bundan əvvəl, 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verib: "Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu. Təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə - qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxdı. Ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edildi, iqtisadi tənəzzül və total böhran cilovlandı, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əminamanlıq təmin edildi.

Müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başladı. Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünki güclü, qüdrətli, çiçəklənən dövlətə çevrildi.

Vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək yenidən baş qaldırıb şər-böhtan kompaniyası aparırlar. Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol