• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputatlar Tbilisiyə gedəcəklər

Azərbaycanlı deputatlar Tbilisiyə gedəcəklər
04.06.2019 22:30
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva ATƏT PA-nın dəstəyi ilə keçirilən "Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda iştirak etmək üçün iyunun 5-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

Bu barədə "Report”a Milli Məclisdən məlumat verilib.

Tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur. Konfransda "Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.
Digər sessiyalarda "Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, "Parlament nəzarəti və müxalifətin rolu”, "Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, "Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Deputatlar müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər iyunun 9-da başa çatacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol